<

Haqqımızda

BİZ SİZİ Ukraynanın cənubunda, Qara DƏNİZ SAHİLLƏRİNDƏ yerləşən Odessa ŞƏHƏRİNDƏ TƏHSİL almağa dəvət EDİRİK.

Öncə ŞƏHƏRİMİZ HAQQINDA QISA BİR EKSKURSİYA EDƏK

QIŞI MÜLAYİM, YAYI GÜNƏŞLİ KEÇƏN Odessa həm də istiqanlı, yumoru sevən insanları ilə fərqlənir. Təsadüfi deyil ki, 1 aprel günü dünyada yeganə olaraq məhz bu şəhərdə rəsmi iş günü yox, karnavalla müşaiyət olunan "Yumorina" bayramı kimi qeyd olunur. Şəhər sakinləri və müxtəlif şəhərlərdən , digər ölkələrdən gələn yüz minlərlə turist bu günü əsl yumor bayramı kimi gün boyunca qeyd edir, əylənir, zarafatlaşır, rəqs edirlər.

Hələ sovet dönəmindən Odessa özünün "Dovjenko" kinostudiyası, "Odesskie Djentlmenı" KVN komandası, məşhur "12 stul" əsərinin müəllifləri İlf və Petrovun vətəni kimi də məşhurdur. Film şəhərin kultunu o qədər özündə əks etdirib ki, müəlliflərin, personajların və hətta stulun da şəhərin mərkəzində heykəlləri var.

Odessa əsasən yay mövsümündə çoxsaylı çimərlikləri ilə turistləri cəlb edir. “Luzanovka”, “Otrada”, “Delfin”, “Arkadiya”, “Çayka”, “Qızıl sahil” çimərlikləri və istirahət zonaları, gecə klubları sutkanın bütün saatlarında turistlərin xidmətində olur və qiymətlər dünyanın bir çox istirahət zonaları ilə müqayisədə çox münasibdir.

Odessada müxtəlif dinlərin nümayəndələrinə qarşı tolerantlıq sərgilənir. Bu səbəbdəndir ki, şəhərdə provaslav, katolik kilsələri ilə yanaşı, sinaqoq və məscidlər də fəaliyyət göstərir.

Keçmiş ittifaqda ən güclü tibb ocaqlarından sayılan Akademik Filatov adına göz institutu da bu şəhərdədir. Odessa şəhəri və vilayəti ilə birgə yerli ukraynalılardan başqa, ruslar, yəhudilər, bolqarlar, moldovanlar, qaqauzlar, azərbaycanlılar, ərəblər, türklər və bir çox xalqların nümayəndələrinin sözün həqiqi mənasında dostluq və qardaşlıq mühitində yaşadığı bir şəhərdir. Osmanlı dönəmində Odessanın digər ismi Hacıbəy limanı olub. Hazırda da Hacıbəy adına inzibati rayon var. Odessa vilayətinin Rumıniya ilə sərhəddə, Dunay çayı sahilində yerləşən İzmail şəhəri və bir zamanlar Akkerman (Ağşəhər) adlandırılmış Belqorod-Dnestrovski qalaları bu tarixin canlı şahidləri və nümunələridir. Odessanın bir şəhər kimi gözəlliyini və özünəməxsusluğunu nə qədər anlatsaq azdır. Bunu bir dəfə də olsa gözlə görmək kifayətdir. Onu da qeyd edək ki, Böyük Vətən Müharibəsində Odessa şəhərinin alman faşistlərindən azad olunmasında 2 Azərbaycan diviziyasının böyük xidmətlərini hələ də şəhərin yaşlı nəsli ehtiramla yada salır. Bundan başqa bizim üçün fəxr ediləsi digər məqam, Odessa şəhərinin fəxri ulduz xiyabanında tanınmış azərbaycanlı futbol mütəxəssisi, şəhərin “Çernomorets” komandasının baş məşqçisi kimi 1974-cü ildə SSRİ çempionatının bürünc mükafatçısı olmuş Əhməd Ələsgərovun da ulduzunun olmasıdır. Komandanın Ukrayna çempionatlarında ən çox qol vurmuş futbolçusu da 79 topla həmyerlimiz Tamerlan Hüseynov olub.

Odessa şəhərinin özünəməxsus ənənələri, jarqonları, bir çox əsərlərin yazılmasına səbəb olmuş kriminal keçmişi və qəhrəmanları var. Lakin bunlar artıq bir keçmişdir.

Bu gün üçün isə Odessa hər il milyonlarla turisti özünə cəlb edən Qara dəniz kurortudur.

Odessa şəhərində ondan çox dövlət ali təhsil müəssisəsi fəaliyyətdədir. Bizim firmamız artıq üç ildir əyani və qiyabi forma olmaqla tələbələrin qəbulu və yerləşdirilməsi ilə məşğuldur. Xidmətlərimiz pulludur. Lakin sizə edilən başqa təkliflərdən fərqlidir. Çünki biz Odessada yaşayırıq. Bu isə o deməkdir ki, bizim ödənilən məbləğin müqabilində daha çox xidmət göstəririk.

Bunlar nədən ibarətdir:

1. Öncədən sənədlərin email yolu ilə qəbul olunduqdan sonra qəbul üçün lazım olan dəvətnamələrin göndərilməsi.

2. Abituriyentin hətta gecəyarı olsa belə hava limanında qarşılanması, müvəqqəti yerləşdirilməsi.

3. Sənədlərin universitetə təqdim olunması, tam şəkildə qeydiyyatın təmin olunması.

4. Əyani tələbələr üçün oturum məsələlərinin həlli, yataqxana ilə təminatın təşkili.

5. Ən qısa zamanda tələbə bileti və digər vacib sənədlərin hazırlanmasının təşkili.

6. Tələbələrin vaxtaşırı ziyarət olunması, universitet həyatında və digər şəraitlərdə yarana biləcək problemlərin aşkar olunub qısa zamanda aradan qaldırılması.

7. Təhsilin gedişatında tələb olunan (əyanilər üçün hərbi komissarlığa təqdim olunacaq arayış, qiyabilər üçün iş yerinə təqdim olunmağa arayış, sessiyaya çağırış vərəqəsi) sənədlərin vaxtlı-vaxtında əldə olunub göndərilməsi.

8. Semestr zamanı dəstək.

Əziz abituriyentlər, hörmətli valideynlər. Biz artıq bir neçə ildir bu istiqamətdə fəaliyyət göstəririk. Sözümüzü əməlimizlə təsdiq edirik. Universitetlərlə rəsmi müqavilə əsasında çalışırıq. Bütün bunlarla siz sənədlər bölümündə tanış ola bilərsiniz. Foto və xəbərlər bölümlərində isə daha praktik materiallar sizə sözümüzü əməlimizlə sübut etdiyimizə əminlik yaradacağına ümid edirik. Saytla tanışlıqdan sonra yaranacaq suallarınıza telefon və ya email vasitəsilə günün istənilən vaxtı cavab verməyə hazırıq!

Hörmətlə, Anar Ağayev!