ODESSA DÖVLƏT UNİVERSİTETLƏRİ

Odessa Dövlət EKOLOGİYA UNİVERSİTETİ

Universitetin əsası 1932-ci ildə qoyulub.

Hidrometeorologiya
Aqrometerologiya
Hərbi hidrometerologiya
Hidroqrafiya
Hidroqrafiya və Hidroximiya
Meterologiya
Okeanologiya
Ətraf mühitin mühafizəsi və təbii sərvətlərin balanslaşdırılması
Su bioresursları
Ekoloji təhlükəsizlik
Qoruqçuluq işi
Menecment
İnformasiya texnologiyaları və kompüter elmləri
Ekoloji audit
Gömrükdə ekoloji kontrol
İxtisaslarına yiyələnmək olar.

Odessa Dövlət Polİtexnİk Unİversİtetİ

Odessa Milli Politexnik Universiteti 1918-ci ildə yaradılıb. Maddi texniki bazasi, professor müəllim heyətinin calışqanlığı sayəsində reytinqinə görə Odessanın birinci, Ukraynanın ali məktəblərinin siyahısında isə 8-ci yerdədir. 22 korpus, 11 yataqxana, mədəniyyət sarayı, idman kompleksi, stadion, sanatoriya və klinikaya malik universitetdə 100-dən çox elmlər doktoru və professor çalışır. 10 mindən çox tələbə kontingentinə sahib ali təhsil müəssisəsində müxtəlif xarici ölkələrdən mindən çox xarici tələbə təhsil almaqdadır. Universitetdə aşağıdakı institutlar fəaliyyət göstərir:
Radioelektronika və telekommunikasiya
Sənaye texnologiyaları, dizayn və menecment
Maşınqayırma
Kompüter sistemləri
Energetika
Elektromexanika
Biznes, iqtisadiyyat və informasiya texnologiyaları
Tibbi mühəndislik
Bunlardan başqa universitetdə kimya texnologiyaları və humanitar fakültələr də mövcuddur. Universitetin nəzdində Odessa avtonəqliyyat kolleci də fəaliyyət göstərir.
Yuxarıda adı qeyd olunan institutların nəzdində müfafiq olaraq uçot-audit, menecment, avtonəqliyyat, maşınqayırma, farmaçevtika, energetika və digər müxtəlif ixtisaslar üzrə ali təhsil almaq olar.
Odessa Milli Politexnik Universitetinin məşhur məzunları arasında futbolsevərlərin yaxşı tanıdığı, SSRİ-nin əməkdar məşqçisi, Ukrayna qəhrəmanı, FİFA-nın və Ukraynanın bir neçə orden medal və mükafatlarına sahibi, 1976-cı il Avropa çempionatının gümüş mükafatçısı, 2 dəfə "Dinamo" Kiyev komandasının məşqçisi kimi Kuboklar Kubokunun, Avropa Superkubokunun sahibi olmuş əfsanəvi məşqçı Valeri Lobanovski də var!

Odessa MİLLİ Hüquq Akademİyası

Odessa Hüquq Akademiyası 1997-ci ildə əsası qoyulub. Ukraynanın və MDB-nin hüquq üzrə ən öndə gələn ali məktəblərindəndir. 15000 tələbənin təhsil aldığı akademiyada 70-dən çox professor, elmlər doktoru fəaliyyət göstərir. İxtisaslar:
Hüquq
Məhkəmə-inzibati hüquq
Beynəlxalq hüquq münasibətləri
Hüquqi jurnalistika
Vətəndaş və təsərrüfat yuistisiyası
Sosial hüquq
Vəkillik
Politologiya və sosiologiya hüququ
ixtisasları fəaliyyət göstərir.

Odessa Beynəlxalq Humanİtar Unİversİtetİ

Odessa Beynəlxalq Universiteti 2002-ci ildə yaradılıb. Beynəlxalq Humanitar Universitetin qurucusu həm də Odessa Hüquq Akademiyasının prezidenti Sergey Vasilyeviç Kivalovdur. Bu təhsil şəbəkəsinə Odessa Hüquq Akademiyası, Beynəlxalq Humanitar Universitet, Odessa Tibb Universiteti, Hüquq-iqtisad kollecləri də daxildir. Fakültələr və ixtisaslar:
Hüquq
Beynəlxalq hüquq
Menecment
Xarici iqtisadi əlaqələrin menecmenti
Beynəlxalq iqtisadi münasibətlər
Beynəlxalq biznes
Müəssisələrin iqtisadiyyatı
Layihələrin idarə olunması
Tərcümə
Kompüter mühəndisliyi
Bundan başqa universitetin nəzdində tibb institutu (stomatologiya, parfümeriya-kosmetik vasitələrin texnologiyası ixtisasları üzrə) fəaliyyət göstərir. İqtisadiyyat, hüquq, tibb kollecləri (farmacevtika) fəaliyyət göstərir.

Odessa MİLLİ DƏNİZÇİLİK UNİVERSİTETİ

Universitet 1930-cu ildə yaradılıb. OMDU Avropa Universitetlərinin Xartiyasının, Beynəlxalq Dəniz universitetləri assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. 1950-ci ildən xarici ölkələr üçün dənizçilik üzrə mütəxəssislər hazırlayır. Universitetdə 7 fakültə 12 ixtisas üzrə fəaliyyət göstərir.
Sudomexanika fakültəsi
Nəqliyyat texnologiyaları və sistemləri
İqtisadiyyat və idarəetmə
Gəmitikinti
Dəniz nəqliyyatı və şelf qurğuları
Portların mexanizasiyası

Odessa Dövlət Tİbb Unİversİtetİ

Odessa Milli Tibb Universitetinin əsası 1900-cu ildə Novorossiysk Universitetinin fakültəsi kimi qoyulub. Sonra isə adı dəyişdirilərək Piroqov adına tibb institutu adlandırılıb.
Universitetdə 43 klinik kafedra fəaliyyət göstərir. 5 yataqxanada 2500-ə yaxın tələbə yaşayır. Universitətdə müxtəlif xarici ölkələrdən o cümlədən, Rusiya, Türkiyə, Afrika, ərəb ölkələrindən tələbələr təhsil alır.
Odessa Dövlət Tibb Universitetində müalicə işi, pediatriya, stomatalogiya, farmaçeptika ixtisasları üzrə rus və ingilis dillərində təhsil almaq mümkündür. Farmaçeptika fakültəsinin qiyabi şöbəsi də fəaliyyət göstərir. Bundan başqa universitetdə stomatoloji ortopediya ixtisası da fəaliyyət göstərir ki, cəmi 2 il təhsil almaqla stomatoloq-ortoped, diş texniki ixtisasına yiyələnmək mümkündür.

İ.İ Meçnİkov adına Odessa Mİllİ Unİversİtetİ

1867-ci ildə əsası qoyulan Universitet Ukraynanın ən qədim ali təhsil ocağı sayılır. 2005-ci ildə Ukraynanın ən yaxşı klassik ali məktəbi adına layiq görülüb. Universitet Avropa Universitetlər assosiasiyası, Yuneskonun Avrasiya Universitetləri Assosiasiyası ilə sıx əməkdaşlıq edir. Universitetdə 4 institut, 9 fakültə, konsert zalı, idman zalı, stadion, dənizkənarı istirahət mərkəzi və 4 muzey fəaliyyət göstərir.
Universitetdə xarici dil və filologiya (İngilis, fransız, alman, ispan, bolqar), beynəlxalq munasibətlər, beynəlxalq iqtisadi münasibətlər, bank işi, maliyyə və kredit, hüquq, politologiya, psixologiya, kimya, biologiya, mikrobiologiya, geologiya, hidroqrafiya
ixtisaslarına yiyələnmək olar. Təhsil xarici tələbələr üçün yalnız əyani formadadır.

A.S. Popov adına Odessa Mİllİ Rabİtə Akademİyası

Akademiyanın əsası 1920-ci ildə qoyulmuşdur.
Akademiyada:
Telekommunikasiya sistemləri və şəbəkələri
radiotexnika və televiziya qurğuları
iqtisadiyyat və idarəetmə ixtisasları

üzrə təhsil almaq olar.

Odessa Dövlət Tİkİntİ və Arxİtektura Akademİyası

1930-cu ildə əsası qoyulmuş akademiyada 10 minə yaxın tələbə təhsil alır. Akademiyada 43 kafedra üzrə fəaliyyət göstərən 500 müəllimdən 100-ə yaxını elmlər doktoru və professor heyətidir. Akademiya Beynəlxalq və Avropa Universitetlər assosiasiyasının tamhüquqlu üzvüdür. Akademiyada:
Arxitektura-incəsənət
Mühəndis tikinti
Tikinti texnoloji
Mühəndis-ekoloji sistemləri institutları
Hidrotexnika və nəqliyyat tikinti
Tikintinin iqtisadiyyatı və idarəetməsi
Tikinti
Mülki və sənaye tikintisində konstruksiyalama fakültələri fəaliyyət göstərir.
İxtisaslar:
Binaların arxitekturası
Arxitektura vasitələrinin dizaynı
Şəhər tikintisi və təsərrüfatı
İstilik qaz təhcizatı və ventilyasıya
Su təhcizatı və kanalizasiya sistemləri
Hidrotexniki tikinti
Avtomobil yolları və aerodromlar
Hidromeliorasiya
Müəssisələrin iqtisadiyyatı
Marketinq
Təştilatların menecmenti
Torpaq quruluşu və kadastr

Uşİnskİ adına Cənubİ Ukrayna Pedaqojİ Unİversİtetİ

Universitetin tarixi 1817-ci ildən başlayır. Bu gün üçün universitet pedaqoji təhsildə cənubi Ukraynanın ən öndə gələn ali təhsil müəssisəsidir. Universitetdə 12 akademik, 70 elmlər doktoru professor və elmlər namizədləri fəaliyyət göstərir.
Universitetdə:
Riyaziyyat
Fizika
İnformatika
Xoreoqrafiya
Musiqi incəsənəti
Fortepiano
Təsviri incəsənət
Bədən tərbiyəsi
Bərpa təhsili (loqoped)
Məktəbəqədər təhsil
İbtidai sinif
Pxisologiya
Fəlsəfə
tarix ixtisasları
üzrə yalnız əyani təhsil almaq mümkündür.